Muxtəsər təfsir
فَمِنْهُم مَّنْ ءَامَنَ بِهِۦ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ ۚ وَكَفَىٰ بِجَهَنَّمَ سَعِيرًا ﴿٥٥﴾
Kitab əhlindən kimisi Allahın İbrahimə - aleyhissəlam - və onun nəslindən olan peyğəmbərlərə nazil etdiyinə iman gətirdi, kimisi də ona iman etməkdən üz çevirdi. Bu onların Muhəmməd peyğəmbərə - sallallahu aleyhi və səlləm - nazil edilənə münasibətləridir. Cəhənnəm odu onlardan küfür edənlərə layiqli əzabdır.