×

النساء

Ayə 47

Muxtəsər təfsir

يَـٰٓأَيُّهَا ٱلَّذِينَ أُوتُوا۟ ٱلْكِتَـٰبَ ءَامِنُوا۟ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَىٰٓ أَدْبَارِهَآ أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّآ أَصْحَـٰبَ ٱلسَّبْتِ ۚ وَكَانَ أَمْرُ ٱللَّهِ مَفْعُولًا ﴿٤٧﴾

Ey Yəhidlərdən və nəsranilərdən özlərinə kitab verilmiş kimsələr! Biz, üz­lərdə olan hissiyatı silib, üzlərini ar­xa­la­rına tərəf çe­vir­mə­mişdən, ya­xud şənbə günü, onlara ov etmək qadağan edildikdən sonra həddi aşıb, ov edən və bu əməllərinə görə Allah onları meymuna döndərən şən­bə əhlini Allahın rəhmətindən qovduqumuz ki­mi on­ları da rəhmətimizdən qovmazdan əvvəl yanınızda olan Tövratı və İncili təsdiqləyən olaraq gələn, Muhəmmədə - sallallahu aleyhi və səlləm - na­­zil etdi­yi­­mizə iman gə­tirin! Uca Allahın əmri və yazdığı qədəri mütləq ye­rinə yetə­cək­dir və buna heç bir şübhə ola bilməz.