Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَقْرَبُوا۟ ٱلصَّلَوٰةَ وَأَنتُمْ سُكَـٰرَىٰ حَتَّىٰ تَعْلَمُوا۟ مَا تَقُولُونَ وَلَا جُنُبًا إِلَّا عَابِرِى سَبِيلٍ حَتَّىٰ تَغْتَسِلُوا۟ ۚ وَإِن كُنتُم مَّرْضَىٰٓ أَوْ عَلَىٰ سَفَرٍ أَوْ جَآءَ أَحَدٌ مِّنكُم مِّنَ ٱلْغَآئِطِ أَوْ لَـٰمَسْتُمُ ٱلنِّسَآءَ فَلَمْ تَجِدُوا۟ مَآءً فَتَيَمَّمُوا۟ صَعِيدًا طَيِّبًا فَٱمْسَحُوا۟ بِوُجُوهِكُمْ وَأَيْدِيكُمْ ۗ إِنَّ ٱللَّهَ كَانَ عَفُوًّا غَفُورًا ﴿٤٣﴾
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Sərxoş halda ikən, sərxoşluqdan ayılıb nə dediyinizi anlayana qədər - bu hökm, şərab haram edilməzdən əvvəl idi -, eləcə də, cunub olduğunuz halda namaza yaxın durmayın. Məsciddə oturmadan oradan keçmək müstəsna olmaqla qüsl edənədək cunub olduğunuz halda məscidlərə daxil olmayın. Əgər xəstə olduğunuza görə sudan istifadə edə bilməsəniz və ya səfərdə olsanız, yaxud sizlərdən biri ayaq yolundan gəlibsə və ya qadınlarla yaxınlıq etmişsinizsə, su tapmasanız, təmiz torpaqla təyəmmüm edin, üzünüzə və əllərinizə sürtün! Həqiqətən, Allah bacarmadığınız şeyləri əfv edəndir, sizə qarşı bağışlayandır.