Muxtəsər təfsir
وَٱعْبُدُوا۟ ٱللَّهَ وَلَا تُشْرِكُوا۟ بِهِۦ شَيْـًٔا ۖ وَبِٱلْوَٰلِدَيْنِ إِحْسَـٰنًا وَبِذِى ٱلْقُرْبَىٰ وَٱلْيَتَـٰمَىٰ وَٱلْمَسَـٰكِينِ وَٱلْجَارِ ذِى ٱلْقُرْبَىٰ وَٱلْجَارِ ٱلْجُنُبِ وَٱلصَّاحِبِ بِٱلْجَنۢبِ وَٱبْنِ ٱلسَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَـٰنُكُمْ ۗ إِنَّ ٱللَّهَ لَا يُحِبُّ مَن كَانَ مُخْتَالًا فَخُورًا ﴿٣٦﴾
Allaha boyun əyərək yalnız Ona ibadət edin, Onunla yanaşı heç bir şeyə ibadət etməyin! Valideynlərə hörmət edərək və qeydlərinə qalaraq onlara yaxşılıq edin! Qohum-əqrəbaya, yetimlərə və ehtiyac sahiblərinə yaxşılıq edin! Qohumluq əlaqəniz olan qonşuya və qohumluq əlaqəniz olmayan qonşuya da yaxşılıq edin! Habelə, yol yoldaşınıza və yolda qalmış qərib müsafirə yaxşılıq edin! Kölə və cariyələrinizə də yaxşılıq edin! Həqiqətən, Allah özünü bəyənənləri, Allahın qullarına təkəbbürlük göstərənləri və özünü insanlardan üstün tutub fəxr edərək öz nəfsini öyənləri sevməz!