Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ لَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَكُم بَيْنَكُم بِٱلْبَـٰطِلِ إِلَّآ أَن تَكُونَ تِجَـٰرَةً عَن تَرَاضٍ مِّنكُمْ ۚ وَلَا تَقْتُلُوٓا۟ أَنفُسَكُمْ ۚ إِنَّ ٱللَّهَ كَانَ بِكُمْ رَحِيمًا ﴿٢٩﴾
Ey Allaha iman gətirib Onun rəsuluna tabe olan kimsələr! Qəsbkarlıq, oğruluq, rüşvət və s. bu kimi haqsız yerə bir-birinizin mallarını batil yollarla mənimsəməyin. Bundan yalnız, iki tərəf arasında qarşılıqlı razılıqla aparılan ticarət malları müstəsnadır, sizə ancaq bu halda başqasının malından yeyə və istifadə etmək halaldır. Bir-birinizi və ya özünüzü öldürməyin, öz nəfsinizi təhlükəyə atmayın! Həqiqətən, Allah sizə qarşı rəhmlidir. Qanlarınızı, mallarınızı və namuslarınızı bir-birinizə haram etməsidə Onun sizə qarşı olan rəhmətindəndir.