Muxtəsər təfsir
وَءَاتُوا۟ ٱلْيَتَـٰمَىٰٓ أَمْوَٰلَهُمْ ۖ وَلَا تَتَبَدَّلُوا۟ ٱلْخَبِيثَ بِٱلطَّيِّبِ ۖ وَلَا تَأْكُلُوٓا۟ أَمْوَٰلَهُمْ إِلَىٰٓ أَمْوَٰلِكُمْ ۚ إِنَّهُۥ كَانَ حُوبًا كَبِيرًا ﴿٢﴾
Ey yetimlərə himayəçilik edən kimsələr! Yetimlərin (yetim: həddi-büluğa çatmazdan öncə atasını itirmiş kimsədir) mallarını həddi-büluğa çatdıqda, mallaranında düzgün istifadə etməyə qadirdirlərsə, kamil şəkildə özlərinə verin və yetimlərin malından yaxşısını götürüb onun əvəzinə malınızın pisini verərək haramı halal ilə dəyişməyin. Onların mallarını öz mallarınıza qataraq mənimsəməyin. Şübhəsiz ki, bu, Allah qatında böyük günahdır.