×

النساء

Ayə 18

Muxtəsər təfsir

وَلَيْسَتِ ٱلتَّوْبَةُ لِلَّذِينَ يَعْمَلُونَ ٱلسَّيِّـَٔاتِ حَتَّىٰٓ إِذَا حَضَرَ أَحَدَهُمُ ٱلْمَوْتُ قَالَ إِنِّى تُبْتُ ٱلْـَٔـٰنَ وَلَا ٱلَّذِينَ يَمُوتُونَ وَهُمْ كُفَّارٌ ۚ أُو۟لَـٰٓئِكَ أَعْتَدْنَا لَهُمْ عَذَابًا أَلِيمًا ﴿١٨﴾

Allah, asi işlər görməkdə davam edib, özlərinə olüm gələnədək tövbə etməyən və nəhayət, can boğaza yetişdikdə tövbə edərək: "Mən etdiyim günahlardan indi töv­bə et­dim!"– deyənlərlə, həmçinin küfürlərində israr edərək ölən­lərin tövbəsi qə­­bul etməz. Bu kimsələr, günahlarda israrlı olan asi kimsələrdir. Biz, günah işlər görməkdə israrlı olan asilər və kafir olaraq ölənlər üçün ağ­rılı-acılı bir əzab hazır­lamı­şıq.