Muxtəsər təfsir
وَٱلَّذِينَ ءَامَنُوا۟ بِٱللَّهِ وَرُسُلِهِۦ وَلَمْ يُفَرِّقُوا۟ بَيْنَ أَحَدٍ مِّنْهُمْ أُو۟لَـٰٓئِكَ سَوْفَ يُؤْتِيهِمْ أُجُورَهُمْ ۗ وَكَانَ ٱللَّهُ غَفُورًا رَّحِيمًا ﴿١٥٢﴾
Allaha iman gətirib, yalnız Ona ibadət edənlər, Ona heç bir şeyi şərik qoşmayanlar, Onun elçilərinə iman gətirənlər və kafirlərin etdikləri kimi onlardan heç birini digərindən ayırmayıb, əksinə, onların hamısına iman edən kimsələrə gəlincə, Allah onlara imanlarının və saleh əməllərinin əvəzi olaraq böyük mükafat verəcəkdir. Allah qullarından Ona tövbə edən kimsələri bağışlayandır, onlara rəhm edəndir.