Muxtəsər təfsir
لَّا يُحِبُّ ٱللَّهُ ٱلْجَهْرَ بِٱلسُّوٓءِ مِنَ ٱلْقَوْلِ إِلَّا مَن ظُلِمَ ۚ وَكَانَ ٱللَّهُ سَمِيعًا عَلِيمًا ﴿١٤٨﴾
Allah pis sözün açıq deyilməsini sevməz. Əksinə buna qəzəblənər və onu deyən kimsəyə əzab verər. Lakin zülmə məruz qalmış kimsələrin, ona zülm edəndən şikayətini bildirməsi, ona bəd dua etməsi və ona deyilən pis sözün eyni ilə deyənə qaytarması kimi pis sözü açıq deməsi müstəsnadır. Amma məzlumun səbir etməsi pis söz deməsindən daha əfzəldir. Allah sizin dediyiniz sözləri eşidəndir, niyyətlərinizi biləndir, elə isə pis söz söyləməkdən yaxud bu niyyətdə olmaqdan çəkinin.