Muxtəsər təfsir
وَلَن تَسْتَطِيعُوٓا۟ أَن تَعْدِلُوا۟ بَيْنَ ٱلنِّسَآءِ وَلَوْ حَرَصْتُمْ ۖ فَلَا تَمِيلُوا۟ كُلَّ ٱلْمَيْلِ فَتَذَرُوهَا كَٱلْمُعَلَّقَةِ ۚ وَإِن تُصْلِحُوا۟ وَتَتَّقُوا۟ فَإِنَّ ٱللَّهَ كَانَ غَفُورًا رَّحِيمًا ﴿١٢٩﴾
Ey kişilər! Siz nə qədər çalışsanız da, bəzən də iradənizdən xaric səbəblər üzündən, qəlbin meyil etməsində qadınlarla tam ədalətlə davrana bilməzsiniz. Sevmədiyiniz qadınadan tamamilə üz çevirib, onu, nə ərli kimi ərli deyil ki, əri onun haqqlarını versin, nə də boşanmış kimi boşanmış deyil ki, başqasına ərə getsin, belə bir asılı vəziyyətdə qalmış kimi buraxmayın. Əgər öz aranızı zövcənin haqqlarını verib nəfsinizin havasına müxalif olaraq düzəldib və qadınlara görə Allahdan qorxsanız, şübhəsiz ki, Allah sizə qarşı bağışlayandır, rəhmlidir.