Muxtəsər təfsir
وَإِذَا كُنتَ فِيهِمْ فَأَقَمْتَ لَهُمُ ٱلصَّلَوٰةَ فَلْتَقُمْ طَآئِفَةٌ مِّنْهُم مَّعَكَ وَلْيَأْخُذُوٓا۟ أَسْلِحَتَهُمْ فَإِذَا سَجَدُوا۟ فَلْيَكُونُوا۟ مِن وَرَآئِكُمْ وَلْتَأْتِ طَآئِفَةٌ أُخْرَىٰ لَمْ يُصَلُّوا۟ فَلْيُصَلُّوا۟ مَعَكَ وَلْيَأْخُذُوا۟ حِذْرَهُمْ وَأَسْلِحَتَهُمْ ۗ وَدَّ ٱلَّذِينَ كَفَرُوا۟ لَوْ تَغْفُلُونَ عَنْ أَسْلِحَتِكُمْ وَأَمْتِعَتِكُمْ فَيَمِيلُونَ عَلَيْكُم مَّيْلَةً وَٰحِدَةً ۚ وَلَا جُنَاحَ عَلَيْكُمْ إِن كَانَ بِكُمْ أَذًى مِّن مَّطَرٍ أَوْ كُنتُم مَّرْضَىٰٓ أَن تَضَعُوٓا۟ أَسْلِحَتَكُمْ ۖ وَخُذُوا۟ حِذْرَكُمْ ۗ إِنَّ ٱللَّهَ أَعَدَّ لِلْكَـٰفِرِينَ عَذَابًا مُّهِينًا ﴿١٠٢﴾
Ey Peyğəmbər! Düşmənlə döyüş vaxtı ordunun içərisində olub onlara namaz qıldırmaq istədikdə, ordunu iki qisimə böl: onlardan bir dəstəsəninlə birlikdə namaz qılsın, namazda silahlarını da özləri ilə götürsünlər. İkinci dəstə isə sizin müdafiənizdə dursun. Birinci dəstə imamla birgə bir rükət qıldıqdan sonra, namazın qalan rükərlərini özləri ayrıca tamamlasınlar. Bunlar namaz qıldıqları zaman o biri dəstə düşmən tərəfdə arxanızda olsun. Sonra müdafiədə duran, namazını qılmamış digər dəstə gəlib imamla birlikdə bir rükət namaz qılsın, imam salam verdikdən sonra isə namazlarının qalan hissəsini özləri tamamlasınlar, düşmənlərindən ehtiyatlarını tutsunlar və silahlarını da özləri ilə götürsünlər. Kafirlər istərlər ki, siz namaz qıldığınız zaman silahlarınızdan və əşyalarınızdan xəbərsiz olasınız və onlar da sizin üzərinizə bircə dəfə həmlə etsinlər və siz xəbərsiz ikən sizi məğlub etsinlər. Yağış, xəstəlik və s. bu kimi səbəblərdən əziyyət çəkdiyiniz zaman silahlarınızı özünüzlə götürməyib yerə qoymaqda sizə günah yoxdur. Bacardığınız qədər düşməninizdən ehtiyatınızı əldən verməyin. Şübhəsiz ki, Allah kafirlər üçün onları alçaldan bir əzab hazırlamışdır.