×

الزمر

Ayə 9

Muxtəsər təfsir

أَمَّنْ هُوَ قَـٰنِتٌ ءَانَآءَ ٱلَّيْلِ سَاجِدًا وَقَآئِمًا يَحْذَرُ ٱلْـَٔاخِرَةَ وَيَرْجُوا۟ رَحْمَةَ رَبِّهِۦ ۗ قُلْ هَلْ يَسْتَوِى ٱلَّذِينَ يَعْلَمُونَ وَٱلَّذِينَ لَا يَعْلَمُونَ ۗ إِنَّمَا يَتَذَكَّرُ أُو۟لُوا۟ ٱلْأَلْبَـٰبِ ﴿٩﴾

Məgər Allaha itaət edib gecə saatlarını səc­də edərək və ayaq üstə du­ra­raq ibadət içində ke­çirən, üstəlik, axi­rət­ əzabından qorxan və Rəbbinin rəhmətinə ümid bəs­ləyən kimsə xeyirlidir, yoxsa çətin vaxtda Allaha ibadət edən, xoş gün-güzəranı olduqda isə Ona küfr edən və Allaha şəriklər qoşan o kafir?! Ey Peyğəmbər, de: “Məgər Allahı tanıdıqlarına görə Allahın onlara vacib buyuruduqlarını bilənlərlə, bu haqda heç nə bilmə­yən­lər ey­ni ola bilər­mi?! Bu iki firqə arasında olan fərqi yalnız salamat ağıl sahibləri bilər.”