Muxtəsər təfsir
وَسِيقَ ٱلَّذِينَ ٱتَّقَوْا۟ رَبَّهُمْ إِلَى ٱلْجَنَّةِ زُمَرًا ۖ حَتَّىٰٓ إِذَا جَآءُوهَا وَفُتِحَتْ أَبْوَٰبُهَا وَقَالَ لَهُمْ خَزَنَتُهَا سَلَـٰمٌ عَلَيْكُمْ طِبْتُمْ فَٱدْخُلُوهَا خَـٰلِدِينَ ﴿٧٣﴾
Rəbbinin əmrlərini yerinə yetirib qadağalarından çəkinməklə Ondan qorxan möminləri isə mələklər dəstə-dəstə, ehtiramla Cənnətə doğru gətiriləcəklər. Nəhayət, onlar Cənnətə çatdıqda onun qapıları möminlər üçün açılacaq və onun gözətçiləri onlara deyəcəklər: “Hər bir zərərdən və xoşlamadığınız hər bir şeydən salamat qalın! Sizin dünyada ikən qəlbiniz və əməlləriniz gözəl olmuşdur! İndi isə əbədi qalmaq üçün Cənnətə daxil olun!”