Muxtəsər təfsir
وَمَا قَدَرُوا۟ ٱللَّهَ حَقَّ قَدْرِهِۦ وَٱلْأَرْضُ جَمِيعًا قَبْضَتُهُۥ يَوْمَ ٱلْقِيَـٰمَةِ وَٱلسَّمَـٰوَٰتُ مَطْوِيَّـٰتٌۢ بِيَمِينِهِۦ ۚ سُبْحَـٰنَهُۥ وَتَعَـٰلَىٰ عَمَّا يُشْرِكُونَ ﴿٦٧﴾
Müşriklər Allahdan qeyrisini - Onun yaratdığı zəif və aciz məxluqatı Ona şərik qoşmaqla, Allahı layiqincə uca tutmadılar və Onun qüdrətindən qafil oldular. Onun qüdrət əlamətlərindən bəzisi budur ki, qiyamət günü yer üzərindəki dağlar, ağaclar, çaylar və dənizlərlə birlikdə Onun ovcunun içində olacaq, yeddi göyün də hamısı Onun sağ əli ilə büküləcəkdir. O, pakdır, müqəddəsdir və müşriklərin Onun barəsində dediklərindən və etiqad etdiklərindən ucadır.