Muxtəsər təfsir
خَلَقَكُم مِّن نَّفْسٍ وَٰحِدَةٍ ثُمَّ جَعَلَ مِنْهَا زَوْجَهَا وَأَنزَلَ لَكُم مِّنَ ٱلْأَنْعَـٰمِ ثَمَـٰنِيَةَ أَزْوَٰجٍ ۚ يَخْلُقُكُمْ فِى بُطُونِ أُمَّهَـٰتِكُمْ خَلْقًا مِّنۢ بَعْدِ خَلْقٍ فِى ظُلُمَـٰتٍ ثَلَـٰثٍ ۚ ذَٰلِكُمُ ٱللَّهُ رَبُّكُمْ لَهُ ٱلْمُلْكُ ۖ لَآ إِلَـٰهَ إِلَّا هُوَ ۖ فَأَنَّىٰ تُصْرَفُونَ ﴿٦﴾
Ey insanlar, Rəbbiniz sizi tək bir nəfərdən - Adəmdən yaratdı. Sonra Adəmdən onun zövcəsi Həvvanı yaratdı. O sizin üçün səkkiz cüt heyvan - dəvə, inək, qoyun və keçi xəlq etdi - hər növündən erkək və dişi yaratdı. Pak və müqəddəs Allah sizi analarınızın bətnində üç zülmət - bətn, uşaqlıq və cift içərisində yaranışdan-yaranışa salaraq yaradır. Bütün bunları yaradan, sizin Rəbbiniz olan Allahdır. Mülk yalnız Ona məxsusdur. Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. Siz necə Ona ibadət etməkdən üz döndərib, heç bir şey yaratmayan, əksinə, özləri yaradılmış olan məxluqlara ibadət edirsiniz?!