×

الزمر

Ayə 42

Muxtəsər təfsir

ٱللَّهُ يَتَوَفَّى ٱلْأَنفُسَ حِينَ مَوْتِهَا وَٱلَّتِى لَمْ تَمُتْ فِى مَنَامِهَا ۖ فَيُمْسِكُ ٱلَّتِى قَضَىٰ عَلَيْهَا ٱلْمَوْتَ وَيُرْسِلُ ٱلْأُخْرَىٰٓ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۚ إِنَّ فِى ذَٰلِكَ لَـَٔايَـٰتٍ لِّقَوْمٍ يَتَفَكَّرُونَ ﴿٤٢﴾

Allah ölənlərin ruhlarını onların əcəli yetişdikdə, ölməyənlərin ruhlarını isə onlar yu­xu­da ikən alır. Ölümünə hökm verdiyi kəsin canını sax­la­yır, digərini isə Öz əzəli elmi ilə mü­əyyən etdiyi vaxtadək bu­ra­xır. Hə­qiqətən, ruhların saxlanılmasında və buraxılmasında, habelə, (insanın) öldürülməsində və dirildilməsində, düşünən bir qövm üçün də­lillər var. Belə ki, buna qadir olan Allah, insanlar öldükdən sonra onları haqq-hesaba çəkmək və onlara əməllərinin əvəzini vermək üçün onları diriltməyə də qadirdir.