×

الزمر

Ayə 36

Muxtəsər təfsir

أَلَيْسَ ٱللَّهُ بِكَافٍ عَبْدَهُۥ ۖ وَيُخَوِّفُونَكَ بِٱلَّذِينَ مِن دُونِهِۦ ۚ وَمَن يُضْلِلِ ٱللَّهُ فَمَا لَهُۥ مِنْ هَادٍ ﴿٣٦﴾

Məgər Allah Öz qulu Muhəmmədə (səllallahu aleyhi və səlləm) onun din və dünya işlərində, habelə, düşmənini ondan dəf etməyə kifayət deyilmi?! Əlbəttə, kifayətdir. Onlar isə öz cahillikləri və səfehlikləri ucbatından səni, ey Peyğəmbər, Allahdan baqa tapındıqları bütlərlə qorxu­dur­lar ki, guya onlar sənə xətər toxunduracaqlar. Allahın köməksiz qoyduğu və hidayət vermədiyi kim­səyə doğru yol göstərən və (haqq yola yönəlməyə) müvəffəq edən tapılmaz.