×

الزمر

Ayə 29

Muxtəsər təfsir

ضَرَبَ ٱللَّهُ مَثَلًا رَّجُلًا فِيهِ شُرَكَآءُ مُتَشَـٰكِسُونَ وَرَجُلًا سَلَمًا لِّرَجُلٍ هَلْ يَسْتَوِيَانِ مَثَلًا ۚ ٱلْحَمْدُ لِلَّهِ ۚ بَلْ أَكْثَرُهُمْ لَا يَعْلَمُونَ ﴿٢٩﴾

Allah müşriki və muvəhhidi (yalnız Allaha ibadət edən) kimsəni məsəl çəkir. (Birincisini) bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişiyə bənzədir. O kişi ki, ağalarından bəzisini razı saldıqda, digərlərinin ona qəzəbi tutur və o, heyrət və çaşqınlıq içində qalır. (İkincisini) isə tək bir ağası olan və ağasının məqsədini bilən, üstəlik arxayınlıq və rahatlıq içində olan kişiyə bənzədir. Bu iki kişi məsəlcə eyni ola bi­lməzlər. Həmd Allaha məx­sus­dur, lakin onların əksəriy­yəti bunu bil­mir, elə buna görə də Allaha şəriklər qoşurlar.