Muxtəsər təfsir
وَٱلَّذِينَ ٱجْتَنَبُوا۟ ٱلطَّـٰغُوتَ أَن يَعْبُدُوهَا وَأَنَابُوٓا۟ إِلَى ٱللَّهِ لَهُمُ ٱلْبُشْرَىٰ ۚ فَبَشِّرْ عِبَادِ ﴿١٧﴾
Bütlərə və Allahdan savayı sitayiş edilən istənilən bir şeyə ibadət etməkdən çəkinən və tövbə edərək Allaha üz tutanlar, həm ölüm anında, həm qəbirdə, həm də qiyamət günü Cənnətlə müjdələnəcəklər. Ey Peyğəmbər, qullarımı müjdələ!