×

ص

Ayə 6

Muxtəsər təfsir

وَٱنطَلَقَ ٱلْمَلَأُ مِنْهُمْ أَنِ ٱمْشُوا۟ وَٱصْبِرُوا۟ عَلَىٰٓ ءَالِهَتِكُمْ ۖ إِنَّ هَـٰذَا لَشَىْءٌ يُرَادُ ﴿٦﴾

Onların əşrəfləri və böyükləri çıxıb gedərək öz tabeçiliklərində olan kimsələrə dedilər: “Əvvəlki yolunuza davam edin, Muhəmmədin dinini qəbul etməyin və öz tanrılarınıza ibadətdə səbirli olun. Doğrusu, Muhəmmədin sizi tək ilaha ibadət etməyə dəvət etməsi qurma bir işdir. O, bunun sayəsində bizə üstün gəlmək və bizi özünə tabe etdirmək istəyir.