Muxtəsər təfsir
قَالَ رَبِّ ٱغْفِرْ لِى وَهَبْ لِى مُلْكًا لَّا يَنۢبَغِى لِأَحَدٍ مِّنۢ بَعْدِىٓ ۖ إِنَّكَ أَنتَ ٱلْوَهَّابُ ﴿٣٥﴾
Süleyman dedi: “Ey Rəbbim! Mənim günahlarımı bağışla və mənə məxsusi olaraq elə bir səltənət ver ki, o, məndən sonra insanlardan heç kəsə nəsib olmasın. Ey Rəbbim, həqiqətən, Sən çox bəxşedənsən və olduqca səxavətlisən.