Muxtəsər təfsir
وَشَدَدْنَا مُلْكَهُۥ وَءَاتَيْنَـٰهُ ٱلْحِكْمَةَ وَفَصْلَ ٱلْخِطَابِ ﴿٢٠﴾
Biz ona heybət, qüvvət və düşmənləri üzərində qələbə bəxş etməklə onun səltənətini möhkəmləndirdik, özünə də, peyğəmbərlik və doğru işlər görməyi, habelə, düzgün qərar çıxartmaq və ədalətli hökm vermək qabiliyyəti bəxş etdik.