×

الصافات

Ayə 97

Muxtəsər təfsir

قَالُوا۟ ٱبْنُوا۟ لَهُۥ بُنْيَـٰنًا فَأَلْقُوهُ فِى ٱلْجَحِيمِ ﴿٩٧﴾

Onlar ona dəlil-sübutla üstün gələ bilmədiklərini gördükdə, güc tətbiq etmək qərarına gəldilər. Onlar İbrahimə nə edəcəkləri barədə öz aralarında məşvərət edib dedilər: "Onun üçün bir bina tikin və içərisini odunla doldurub yandırın, sonra da onu o odun içinə atın".