Muxtəsər təfsir
فَلَا يَحْزُنكَ قَوْلُهُمْ ۘ إِنَّا نَعْلَمُ مَا يُسِرُّونَ وَمَا يُعْلِنُونَ ﴿٧٦﴾
Ey Peyğəmbər, onların: "Sən rəsul deyilsən", yaxud "sən şairsən" sözü və başqa bu kimi böhtanları səni kədərləndirməsin. Şübhəsiz ki, Biz onların nəyi gizli saxladıqlarını və nəyi aşkara çıxardıqlarını bilirik. Bunlardan heç bir şey Bizdən gizli qalmaz və Biz onlara dediklərinin cəzasını verərik.