Muxtəsər təfsir
يَـٰحَسْرَةً عَلَى ٱلْعِبَادِ ۚ مَا يَأْتِيهِم مِّن رَّسُولٍ إِلَّا كَانُوا۟ بِهِۦ يَسْتَهْزِءُونَ ﴿٣٠﴾
Bu adamlar qiyamət günü əzabı görəcəkləri zaman vay onların halına! Çünki dünyada ikən onlara elə bir elçi gəlməyib ki, onu məsxərəyə qoymasınlar və ona istehza etməsinlər. Onların qiyamət günü cəzası, Allahın əmrlərinə qarşı gəldiklərinə görə peşman olmaqdır.