×

فاطر

Ayə 45

Muxtəsər təfsir

وَلَوْ يُؤَاخِذُ ٱللَّهُ ٱلنَّاسَ بِمَا كَسَبُوا۟ مَا تَرَكَ عَلَىٰ ظَهْرِهَا مِن دَآبَّةٍ وَلَـٰكِن يُؤَخِّرُهُمْ إِلَىٰٓ أَجَلٍ مُّسَمًّى ۖ فَإِذَا جَآءَ أَجَلُهُمْ فَإِنَّ ٱللَّهَ كَانَ بِعِبَادِهِۦ بَصِيرًۢا ﴿٤٥﴾

Əgər Allah insanları etdikləri asiliklərə və qazandıqları günahlara görə dərhal cəzalandırsaydı, yer üzündəki canlıların hamısını, üstəlik, onların heyvanlarını və mal-dövlətlərini dərhal məhv edərdi. Lakin pak və müqəddəs Allah onla­ra Özünün bildiyi müəyyən edilmiş vaxta­dək - Qiyamət gününədək möhlət verir. Qiyamət günü gəldikdə isə hər kəsə əməllərinin əvəzini - yaxşı əmələ görə mükafat, şər əmələ görə isə cəza verəcək. Şübhəsiz ki, Allah Öz qul­la­rını görür, heç bir şey Ondan gizli qala bilməz.