Muxtəsər təfsir
وَٱلَّذِىٓ أَوْحَيْنَآ إِلَيْكَ مِنَ ٱلْكِتَـٰبِ هُوَ ٱلْحَقُّ مُصَدِّقًا لِّمَا بَيْنَ يَدَيْهِ ۗ إِنَّ ٱللَّهَ بِعِبَادِهِۦ لَخَبِيرٌۢ بَصِيرٌ ﴿٣١﴾
Ey Peyğəmbər, sənə vəhy etdiyimiz Kitab, içində şübhə olmayan haqdır. O kitab ki, Allah onu əvvəlki kitabları təsdiqləmək üçün nazil etmişdir. Həqiqətən, Allah Öz qullarından xəbərdardır, görəndir. O, hər bir ümmətin rəsuluna onların yaşadığı zaman uyğun vəhylər nazil etmişdir.