×

فاطر

Ayə 28

Muxtəsər təfsir

وَمِنَ ٱلنَّاسِ وَٱلدَّوَآبِّ وَٱلْأَنْعَـٰمِ مُخْتَلِفٌ أَلْوَٰنُهُۥ كَذَٰلِكَ ۗ إِنَّمَا يَخْشَى ٱللَّهَ مِنْ عِبَادِهِ ٱلْعُلَمَـٰٓؤُا۟ ۗ إِنَّ ٱللَّهَ عَزِيزٌ غَفُورٌ ﴿٢٨﴾

İnsanlar, heyvanlar və mal-qara (dəvə, inək və qoyunlar) arasında da, bu cür müxtəlif rəng­li olan­ları vardır. Uca Allahın Öz qulları arasın­da ancaq alimlər Onun məqamını uca tutar və Ondan qorxarlar. Çünki onlar Onun sifətlərini, şəri qanunlarını və qüdrət əlamətlərini bilirlər. Həqi­qətən, Allah yenilməz qüdrət sahibidir və qullarından Ona tövbə edən kimsələrin günahlarını bağışlayandır.