Muxtəsər təfsir
وَإِن يُكَذِّبُوكَ فَقَدْ كَذَّبَ ٱلَّذِينَ مِن قَبْلِهِمْ جَآءَتْهُمْ رُسُلُهُم بِٱلْبَيِّنَـٰتِ وَبِٱلزُّبُرِ وَبِٱلْكِتَـٰبِ ٱلْمُنِيرِ ﴿٢٥﴾
Ey Peyğəmbər, əgər qövmün səni yalançı hesab etsə, səbir et. Sən qövmü tərəfindən yalançı sayılmış ilk peyğəmbər deyilsən. Belə ki, Ad, Səmud və Lut tayfaları kimi keçmiş ümmmətlər özlərinə göndərilmiş elçiləri yalançı hesab etmişdilər. Halbuki elçiləri özlərinin doğru danışdıqlarını isbat etmək üçün onlara - ağlı kəsən və ibrət alan kimsələrə, Allah tərəfindən aydın dəlillər, müqəddəs yazılar və nur saçan kitab gətirmişdilər.