×

فاطر

Ayə 18

Muxtəsər təfsir

وَلَا تَزِرُ وَازِرَةٌ وِزْرَ أُخْرَىٰ ۚ وَإِن تَدْعُ مُثْقَلَةٌ إِلَىٰ حِمْلِهَا لَا يُحْمَلْ مِنْهُ شَىْءٌ وَلَوْ كَانَ ذَا قُرْبَىٰٓ ۗ إِنَّمَا تُنذِرُ ٱلَّذِينَ يَخْشَوْنَ رَبَّهُم بِٱلْغَيْبِ وَأَقَامُوا۟ ٱلصَّلَوٰةَ ۚ وَمَن تَزَكَّىٰ فَإِنَّمَا يَتَزَكَّىٰ لِنَفْسِهِۦ ۚ وَإِلَى ٱللَّهِ ٱلْمَصِيرُ ﴿١٨﴾

Heç bir günahkar adam başqa­ günahkarın gü­nahını daşımaz. Əksinə, hər bir günahkar öz günahını daşıyacaq. Günah yükü ağır olan kimsə günahlarını daşımaq üçün baş­qa­sını kö­məyə çağırsa və çağırdığı kim­sə yaxın qohumu olsa belə, onun günahlarından heç bur şey da­şıya bilməz. Sən, ey Peyğəmbər, an­caq, Rəbbindən Onu gör­mə­dik­ləri halda qorxanları və kamil şəkildə namaz qılanları Allahın əzabı ilə qorxudub xəbərdar edənsən. Məhz belələri sənin xəbərdarlığından fayda götürürlər. Kim günahlardan - ələlxüsus da, ən böyüyü olan şirkdən tə­miz­lə­nər­sə, öz xe­yri­nə təmiz­lənmiş olar. Qiyamət günü haqq-hesaba çəkilmək və əməllərin əvəzini (mükafatını vəya cəzasını almaq) üçün dönüş yalnız Allahadır.