×

سبأ

Ayə 54

Muxtəsər təfsir

وَحِيلَ بَيْنَهُمْ وَبَيْنَ مَا يَشْتَهُونَ كَمَا فُعِلَ بِأَشْيَاعِهِم مِّن قَبْلُ ۚ إِنَّهُمْ كَانُوا۟ فِى شَكٍّ مُّرِيبٍۭ ﴿٥٤﴾

Haqqı yalan sayan o yalançılarla istədikləri şey - dünya həyatının ləzzətləri, üstəlik, küfrdən tövbə etmək, Cəhənnəmdən qurtulmaq və dünya həyatına qayıtmaq arasında maneə çəkilər. Onlardan öncə özlərinə bənzər keçmiş ümmətlərə də belə edilmişdir. Həqiqətən, onlar elçilərin təbliğ etdiyinə - Allahın Tək ilah olmasına və ölümdən sonra dirilməyə şəkk edirdilər. Elə bir şəkk ki, bu, onları küfrə sürükləmişdir.