Muxtəsər təfsir
قُلْ إِن ضَلَلْتُ فَإِنَّمَآ أَضِلُّ عَلَىٰ نَفْسِى ۖ وَإِنِ ٱهْتَدَيْتُ فَبِمَا يُوحِىٓ إِلَىَّ رَبِّىٓ ۚ إِنَّهُۥ سَمِيعٌ قَرِيبٌ ﴿٥٠﴾
Ey Peyğəmbər, haqqı yalan sayan o müşriklərə de: “Əgər mən sizə təbliğ etdiyim haqq yoldan çıxsam, azmağım zərəri mənim öz əleyhimə olar, bundan sizə heç bir zərər gəlməz. Yox, əgər doğru yolla gedirəmsə, bu da, pak və müqəddəs Rəbbimin mənə nazil etdiyi vəhy sayəsindədir. Həqiqətən, O, Öz qullarının dediklərini eşidəndir və yaxındır, mənim dediklərimi eşitməyə Ona mane olan bir şey yoxdur.”