Muxtəsər təfsir
قُلْ إِنَّ رَبِّى يَبْسُطُ ٱلرِّزْقَ لِمَن يَشَآءُ مِنْ عِبَادِهِۦ وَيَقْدِرُ لَهُۥ ۚ وَمَآ أَنفَقْتُم مِّن شَىْءٍ فَهُوَ يُخْلِفُهُۥ ۖ وَهُوَ خَيْرُ ٱلرَّٰزِقِينَ ﴿٣٩﴾
Ey Peyğəmbər, de: “Həqiqətən, pak və uca Rəbbim Öz qullarından dilədiyinin ruzisini bol edər, dilədiyinə də onu azaldar. Allah yolunda nə xərcləsəniz, pak və uca Allah bunun əvəzinə sizə bu dünyada ondan da xeyrilisini verər, axirətdə də böyük mükafat bəxş edər. Pak və müqəddəs Allah ruzi verənlərin ən yaxşısıdır! Odur ki, kim ruzi istəyirsə, qoy pak və müqəddəs Allahdan istəsin!”