×

سبأ

Ayə 33

Muxtəsər təfsir

وَقَالَ ٱلَّذِينَ ٱسْتُضْعِفُوا۟ لِلَّذِينَ ٱسْتَكْبَرُوا۟ بَلْ مَكْرُ ٱلَّيْلِ وَٱلنَّهَارِ إِذْ تَأْمُرُونَنَآ أَن نَّكْفُرَ بِٱللَّهِ وَنَجْعَلَ لَهُۥٓ أَندَادًا ۚ وَأَسَرُّوا۟ ٱلنَّدَامَةَ لَمَّا رَأَوُا۟ ٱلْعَذَابَ وَجَعَلْنَا ٱلْأَغْلَـٰلَ فِىٓ أَعْنَاقِ ٱلَّذِينَ كَفَرُوا۟ ۚ هَلْ يُجْزَوْنَ إِلَّا مَا كَانُوا۟ يَعْمَلُونَ ﴿٣٣﴾

Böyüklərinə tabe olmuş zəiflər, haqqa boyun əyməyə təkəbbürlük göstərmiş böyüklərə deyəcəklər: “Xeyr, sizin gecə-gün­düz bizə qurduğunuz hiylələr bizi doğru yoldan azdırdı. Siz bizə Allaha küfr etməyi və Allahı qoyub məxluqata ibadət etməyi əmr edirdiniz”. Onlar əzabı gördük­də və canlarını əzabdan qurtara bilməyəcəklərini yəqin etdikdə, dünyada etdikləri küfrə görə peşmançılıq hisslərini gizlə­dəcəklər. Biz, kafirlərin boyunlarına zən­cir­lər vu­rarıq. Onlar dünyada etdikləri əməllərə görə - Alladan baqasına tapındıqlarına və asi əməllər etdiklərinə görə belə cəza ilə cəza­lan­dırılarlar.