Muxtəsər təfsir
قُلْ أَرُونِىَ ٱلَّذِينَ أَلْحَقْتُم بِهِۦ شُرَكَآءَ ۖ كَلَّا ۚ بَلْ هُوَ ٱللَّهُ ٱلْعَزِيزُ ٱلْحَكِيمُ ﴿٢٧﴾
Ey Peyğəmbər, de: “Allaha ibadətdə qoşduğunuz şərikləri bir mənə göstərin. Xeyr, bu, sizin düşündüyünüz kimi deyil, Onun heç bir şəriki yoxdur. Əksinə, O, yenilməz qüvvət sahibi olan Qüdrətli, üstəlik, yaratmaq, hər bir şeyin müqəddəratını əzəldən yazmaq və işləri idarə etmək xüsusunda Hikmət sahibi olan Allahdır!”