Muxtəsər təfsir
قُلْ مَن يَرْزُقُكُم مِّنَ ٱلسَّمَـٰوَٰتِ وَٱلْأَرْضِ ۖ قُلِ ٱللَّهُ ۖ وَإِنَّآ أَوْ إِيَّاكُمْ لَعَلَىٰ هُدًى أَوْ فِى ضَلَـٰلٍ مُّبِينٍ ﴿٢٤﴾
Ey Peyğəmbər, o müşriklərə de: “Göylərdən sizə yağış endirməklə və yerdən sizin üçün bitkilər, əkinlər, meyvələr və s. bu kimi bitirmiklə sizə ruzi verən kimdir?”. De: “Oradan sizə ruzi verən Allahdır! Elə isə biz və ya siz, ey müşriklər – ikimizdən biri ya doğru yolda, ya da açıq-aydın azğınlıq içindədir”. Şəkk yoxdur ki, möminlər doğru yolda olan kimsələrdir, müşriklər isə azğınlıq yolunda olan kimsələr.