Muxtəsər təfsir
وَجَعَلْنَا بَيْنَهُمْ وَبَيْنَ ٱلْقُرَى ٱلَّتِى بَـٰرَكْنَا فِيهَا قُرًى ظَـٰهِرَةً وَقَدَّرْنَا فِيهَا ٱلسَّيْرَ ۖ سِيرُوا۟ فِيهَا لَيَالِىَ وَأَيَّامًا ءَامِنِينَ ﴿١٨﴾
Yəməndəki Səba qəbiləsi ilə bərəkət verdiyimiz Şam məmləkətləri arasında aydın görünən bir-birinə yaxın şəhərlər salmış, orada gediş-gəliş yaratmışdıq. Belə ki, onlar rahatlıqla bir şəhərdən digərinə keçə-keçə Şam şəhərinə gedib çatardılar. Biz onlara belə buyurmuşduq: “Oralarda gecə və ya gündüz, düşməndən, aclıqdan və susuzluqdan xatircəm olduğunuz halda gəzib dolaşın!”