Muxtəsər təfsir
لَقَدْ كَانَ لِسَبَإٍ فِى مَسْكَنِهِمْ ءَايَةٌ ۖ جَنَّتَانِ عَن يَمِينٍ وَشِمَالٍ ۖ كُلُوا۟ مِن رِّزْقِ رَبِّكُمْ وَٱشْكُرُوا۟ لَهُۥ ۚ بَلْدَةٌ طَيِّبَةٌ وَرَبٌّ غَفُورٌ ﴿١٥﴾
Səba qəbiləsinin yaşadığı yerdə Allahın qüdrətinə və onlara bəxş etdiyi lütfünə dəlalət edən aşkar əlamət – biri sağda, digəri də solda olan iki bağça var idi. Biz onlara belə buyurduq: “Rəbbinizin ruzisindən yeyin və Onun verdiyi nemətlərə görə Ona şükür edin! Budur gözəl diyar və budur Allah - tövbə edən qullarının günahlarını bağışlayan Rəbb!”