Muxtəsər təfsir
وَلَقَدْ ءَاتَيْنَا دَاوُۥدَ مِنَّا فَضْلًا ۖ يَـٰجِبَالُ أَوِّبِى مَعَهُۥ وَٱلطَّيْرَ ۖ وَأَلَنَّا لَهُ ٱلْحَدِيدَ ﴿١٠﴾
Biz Davuda -Aleyhissəlam- Öz tərəfimizdən peyğəmbərlik və mülk bəxş etdik, sonra da dağlara belə buyurduq: “Ey dağlar, Davudla birlikdə Allahın şəninə təriflər deyin!”. Quşlara da eyni ilə əmr etdik. Biz dəmiri onun üçün yumşaltdıq ki, ondan istədiyi alətləri düzəltsin.