Muxtəsər təfsir
يَـٰٓأَيُّهَا ٱلَّذِينَ ءَامَنُوا۟ ٱذْكُرُوا۟ نِعْمَةَ ٱللَّهِ عَلَيْكُمْ إِذْ جَآءَتْكُمْ جُنُودٌ فَأَرْسَلْنَا عَلَيْهِمْ رِيحًا وَجُنُودًا لَّمْ تَرَوْهَا ۚ وَكَانَ ٱللَّهُ بِمَا تَعْمَلُونَ بَصِيرًا ﴿٩﴾
Ey Allaha iman gətirən və Onun şəriətini yerinə yetirən kimsələr! Allahın sizə bəxş etdiyi nemətləri xatırlayın. O zaman ki, düşmən ordusu ittifaq edib, sizi öldürmək üçün Mədinəyə gəlmiş, münafiqlər və yəhudilər də bu işdə onlara yardım etmişdi. Biz də Peyğəmbərə (səllallahu aleyhi və səlləm) qələbə bəxş etmək üçün onların üstünə qasırğalı külək və sizin görmədiyiniz mələklərdən ibarət əsgərlər göndərmişdik. O zaman kafirlər dönüb qaçmış və müqavimət göstərməyə qadir olmamışdılar. Allah sizin nə etdiyinizi görür. Heç bir şey Ondan gizli qalmaz. O, sizə etdiyiniz əməllərin əvəzini verəcəkdir.