×

الأحزاب

Ayə 7

Muxtəsər təfsir

وَإِذْ أَخَذْنَا مِنَ ٱلنَّبِيِّـۧنَ مِيثَـٰقَهُمْ وَمِنكَ وَمِن نُّوحٍ وَإِبْرَٰهِيمَ وَمُوسَىٰ وَعِيسَى ٱبْنِ مَرْيَمَ ۖ وَأَخَذْنَا مِنْهُم مِّيثَـٰقًا غَلِيظًا ﴿٧﴾

Ey Peyğğəmbər! Xatırla ki, bir zaman Biz peyğəm­bərlərdən möhkəm bir əhd almışdıq ki, yalnız Allaha ibdaət etsinlər və heç bir şeyi Ona şərik qoşmasınlar, üstəlik, onlara vəhy ediləni təbliğ etsinlər. Xüsusi olaraq səndən, Nuh­dan, İbrahimdən, Musadan və Məryəm oğlu İsa­dan da belə bir əhd almışdıq. Biz onlar­dan, Allahın risaləsini təbliğ etmək xüsusunda əmanəti yerinə yetirəcəklərinə dair möh­kəm bir əhd almışdıq.