Muxtəsər təfsir
يَسْـَٔلُكَ ٱلنَّاسُ عَنِ ٱلسَّاعَةِ ۖ قُلْ إِنَّمَا عِلْمُهَا عِندَ ٱللَّهِ ۚ وَمَا يُدْرِيكَ لَعَلَّ ٱلسَّاعَةَ تَكُونُ قَرِيبًا ﴿٦٣﴾
Ey Peyğəmbər, müşriklər və yəhudilər sənə etiraz edərək və inanmayaraq o saat (qiyamət) barədə sual verirlər ki: "O nə zaman qopacaq?" Onlara de: “Onu yalnız Allah bilir, mən bu haqda heç nə bilmirəm!” Ey Peyğəmbər, nə bilirsən, bəlkə də, o saat lap yaxınlaşmışdır.