Muxtəsər təfsir
لَّئِن لَّمْ يَنتَهِ ٱلْمُنَـٰفِقُونَ وَٱلَّذِينَ فِى قُلُوبِهِم مَّرَضٌ وَٱلْمُرْجِفُونَ فِى ٱلْمَدِينَةِ لَنُغْرِيَنَّكَ بِهِمْ ثُمَّ لَا يُجَاوِرُونَكَ فِيهَآ إِلَّا قَلِيلًا ﴿٦٠﴾
Əgər münafiqlər öz nifaqlarına - müsəlman olduqlarını aşkarda göstərib küfrü qəlblərində gizlətmələrinə, habelə, qəlbi xəstə olanlar öz nəfsi istəklərinə və bir də Mədinədə möminlərin arasını vurmaq üçün yalan xəbərlər yayanlar bu əməllərinə son qoymasalar, sənə, ey Peyğəmbər, onları cəzalandırmağı buyurar və səni onların üzərində hökmran edərik. Sonra da onlar yer üzündə fəsad törətdiklərinə görə, məhv ediləcəkləri və ya yurdlarından qovulacaqları üçün, Mədinədə səninlə ancaq az bir müddət ərzində qonşuluq edərlər.