×

الأحزاب

Ayə 58

Muxtəsər təfsir

وَٱلَّذِينَ يُؤْذُونَ ٱلْمُؤْمِنِينَ وَٱلْمُؤْمِنَـٰتِ بِغَيْرِ مَا ٱكْتَسَبُوا۟ فَقَدِ ٱحْتَمَلُوا۟ بُهْتَـٰنًا وَإِثْمًا مُّبِينًا ﴿٥٨﴾

Mömin kişilərə və mö­min qadın­lara etmədikləri bir cinayətdən öt­rü, sözlə və ya əməllə əziyyət verənlər, sözsüz ki, öz üzərlərinə yalan və açıq-aydın günah gö­türmüşlər.