Muxtəsər təfsir
ٱلَّذِينَ يُبَلِّغُونَ رِسَـٰلَـٰتِ ٱللَّهِ وَيَخْشَوْنَهُۥ وَلَا يَخْشَوْنَ أَحَدًا إِلَّا ٱللَّهَ ۗ وَكَفَىٰ بِٱللَّهِ حَسِيبًا ﴿٣٩﴾
O peyğəmbərlər özlərinə nazil edilmiş Allahın risalətlərini öz ümmətlərinə təbliğ edir, pak və uca Allahdan başqa heç kəsdən qorxmur və Allahın onlara halal buyurduğu bir işi gördükdə, heç kəsin iradına məhəl qoymurdular. Allah Öz qullarının əməllərini haqq-hesab çəkməyə və etdikləri əməllərini əvəzini, yaxşı əməlin mükafatını, pis əməlin də cəzasını verməyə yetər.