Muxtəsər təfsir
وَرَدَّ ٱللَّهُ ٱلَّذِينَ كَفَرُوا۟ بِغَيْظِهِمْ لَمْ يَنَالُوا۟ خَيْرًا ۚ وَكَفَى ٱللَّهُ ٱلْمُؤْمِنِينَ ٱلْقِتَالَ ۚ وَكَانَ ٱللَّهُ قَوِيًّا عَزِيزًا ﴿٢٥﴾
Allah qureyşliləri, ğətəfanlıları və onlarla birlikdə gələnləri qəm-qüssə və kədər içində, istədiklərinə nail olmadıqları halda geri qaytardı və onlar möminlərin kökünü kəsə bilmədilər. Döyüşdə Allah möminlərə kifayət etdi. Belə ki, onlara külək göndərdi və bəzi mələkləri nazil etdii. Allah Qüvvətlidir, Qüdrətlidir. Ona qarşı müharibə edən elə bir kimsə yoxdur ki, məğlubiyyətə uğrayıb rəzil olmasın.