Muxtəsər təfsir
قُل لَّن يَنفَعَكُمُ ٱلْفِرَارُ إِن فَرَرْتُم مِّنَ ٱلْمَوْتِ أَوِ ٱلْقَتْلِ وَإِذًا لَّا تُمَتَّعُونَ إِلَّا قَلِيلًا ﴿١٦﴾
Ey Peyğəmbər! Onlara de: “Ölməkdən və ya öldürülməkdən qorxaraq qaçırsınızsa, bu qaçmağın sizə əsla faydası olmayacaq. Çünki hər kəsin əcəli əzəldən müəyyən edilmişdir. Döyüşdən qaçacağınız və əcəliniz sizə yetişməyəcəyi təqdirdə siz sadəcə bu həyatda çox az müddət gün-güzəran görəcəksiniz”.