Muxtəsər təfsir
وَلَوْ دُخِلَتْ عَلَيْهِم مِّنْ أَقْطَارِهَا ثُمَّ سُئِلُوا۟ ٱلْفِتْنَةَ لَـَٔاتَوْهَا وَمَا تَلَبَّثُوا۟ بِهَآ إِلَّا يَسِيرًا ﴿١٤﴾
Əgər düşmən Mədinənin hər tərəfindən onların üstünə hücum etsəydi, sonra da onlardan küfrə və Allaha şərik qoşmağa qayıtmaq tələb olunsaydı, düşmənin tələbini dərhal yerinə yetirər və cüzi bir vaxt istisna olmaqla mürtəd olub küfrə qayıtmaqda ləngiməzdilər.