Muxtəsər təfsir
أَوَلَمْ يَرَوْا۟ أَنَّا نَسُوقُ ٱلْمَآءَ إِلَى ٱلْأَرْضِ ٱلْجُرُزِ فَنُخْرِجُ بِهِۦ زَرْعًا تَأْكُلُ مِنْهُ أَنْعَـٰمُهُمْ وَأَنفُسُهُمْ ۖ أَفَلَا يُبْصِرُونَ ﴿٢٧﴾
Məgər yenidən dirilməni yalan sayan o günahkarlar, bitki bitməyən qurumuş torpağa yağış nazil edib, o su vasitəsilə həm onların dəvələrinin, inəklərinin və qoyunlarının, həm də onların özlərinin yedikləri nemətləri yetişdirdiyimizi görmürlər?! Hələ də bunu görmürlər və dərk etmirlər ki, qurumuş torpağı canlandıran Allah, ölüləri də diriltməyə qadirdir?!