Muxtəsər təfsir
وَلَوْ شِئْنَا لَـَٔاتَيْنَا كُلَّ نَفْسٍ هُدَىٰهَا وَلَـٰكِنْ حَقَّ ٱلْقَوْلُ مِنِّى لَأَمْلَأَنَّ جَهَنَّمَ مِنَ ٱلْجِنَّةِ وَٱلنَّاسِ أَجْمَعِينَ ﴿١٣﴾
Əgər Biz hər kəsi doğru yola yönəltmək və müvəffəq etmək istəsəydik, onları o yola yönəldərdik. Lakin Mənim: “Qiyamət günü Cəhənnəmi iki sinif kafirlərlə - imanı və doğru yolu, küfrə və zəlalətə dəyişən cinlər və insanlarla mütləq dolduracağam!” sözüm hikmət və ədalətlə yerinə yetəcək.